Gürcüstana gedən azərbaycanlıların sayı artıb

Gürcüstana gedən azərbaycanlıların sayı artıb
  03 May 2017    Oxunub:1028
Bu ilin aprel ayında 510 min 594 nəfər xarici ölkə vətəndaşı Gürcüstana səfər edib.
Gürcüstan Milli Turizm Administrasiyasından verilən məlumata görə, bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz çoxdur.

Aprel ayında Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında azərbaycanlılar ikinci yerdədirlər. Ötən ay Gürcüstana gələn azərbaycanlıların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında isə Gürcüstana 1,7 milyon nəfər xarici ölkə vətəndaşı səfər edib. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

Ötən ilin dördüncü rübünün yekunlarına görə, Gürcüstan xarici turizmdən 491 milyon dollar gəlir əldə edib. Bu da 2015-ci ilin eyni dövrünün göstəricisindən 54 milyon dollar çoxdur.

Ümumilikdə isə ötən il Gürcüstan turizmdən 2,2 milyard dollar gəlir əldə edib. Ümumi daxili məhsulda turizmin payı 7,1 faiz olub. (AzərTAc)

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti