ABŞ səfirliyinin yaxınlığında partlayış: 4 ölü, 22 yaralı

ABŞ səfirliyinin yaxınlığında partlayış: 4 ölü, 22 yaralı
  03 May 2017    Oxunub:971
ABŞ-ın Əfqanıstanın paytaxtı Kabildə yerləşən səfirliyinin yaxınlığında güclü partlayış baş verib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi bildirilir. Məlumata görə, hücumun hədəfi NATO hərbçilərinin avtomobil karvanı olub.

AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Əfqanıstan  





Xəbər lenti