Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi
  04 Aprel 2017    Oxunub:2018
Rusiya prezidenti Vladimir Putin iki dövlət arasında münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər Oğlu, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Ötən 25 ildə Rusiya və Azərbaycan xalqlarını bir-birinə bağlayan ənənəvi dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamaq və inkişaf etdirmək mümkün olub.

Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq qurulub. İqtisadi-ticarət, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında təmaslar genişləndirilir.

Bakı və Moskva regional və qlobal gündəliyin aktual məsələlərin həllində səylərini əlaqələndirirlər, səmərəli müxtəlif beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir.

Hörmətli İlham Heydər Oğlu, sizə səmimi qəlbdən möhkəm cansağlığı, uğurlar arzulayıram və bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Putin   Azərbaycan   İlhamƏliyev  





Xəbər lenti