Terrorda ölənlərin sayı 14-ə çatdı

Terrorda ölənlərin sayı 14-ə çatdı
  04 Aprel 2017    Oxunub:1342
Sankt-Peterburqda metroda baş verən terror aktı nəticəsində həlak olanların sayı 14-ə çatıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Veronika Skvortsova bildirib. Onun sözlərinə görə, 11 nəfər hadisə yerində dünyasını dəyişib.

Nazir qeyd edib ki, hazırda 49 nəfər stasionar müalicə alır: “On üç nəfər evə buraxılıb. Bütün xəstələr ən yaxşı mütəxəssislər tərəfindən müayinə olunur, dərman və qanla təmin edilir”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Peterburq   terror  





Xəbər lenti