Vilayət rəhbəri 140 milyon rüşvət alarkən tutuldu - Yenilənib

Vilayət rəhbəri 140 milyon rüşvət alarkən tutuldu - Yenilənib
  04 Aprel 2017    Oxunub:4997
Udmurtiya rəhbəri Aleksandr Solovyev 140 milyon rubl rüşvət almaqda ittiham olunur.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

***
(09:53)

Rusiyanın hüquq-mühafizə orqanları Udmurtiyanın başçısı Aleksandr Solovyevi saxlayıb.

AzVision.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"O, səhər tezdən Moskvaya aparılıb", - deyə mənbə bildirib.

Udmurtiya başçısının mətbuat katibi Yelena Kapitonenko isə Solovyevin iş yerində olmadığını, lakin onun ofisində axtarışların aparılmadığını bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Udmurtiya   Həbs   Rüşvət  





Xəbər lenti