ATƏT DTİHB: Ermənistanda səslərin satın alınması faktları qeydə alınıb

ATƏT DTİHB: Ermənistanda səslərin satın alınması faktları qeydə alınıb
  03 Aprel 2017    Oxunub:1403
“Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb”.

 
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı yaydığı ilkin bəyanatında bildirilir.

Bəyanatda vurğulanırki, bu faktlar cəmiyyətin seçkilərə olan inamını və etimadını azaldıb.
 
Sənəddə qeyd olunur ki, hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığı barədə şübhələri aradan götürməyib: “Şikayətlərə baxılması proseduruna inamsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər vurğulayıblar ki, bu yaxınlarda baş verən zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və onların təhlükəsizliyinin təmin edilməsinə problem yaradı.Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ATƏT qarşısındakı öhdəliklərə ziddir.”
 
Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Ermənistan   seçki  





Xəbər lenti