AFFA “Xəzər Lənkəran“ı cərimələdi

AFFA “Xəzər Lənkəran“ı cərimələdi
  27 Avqust 2013    Oxunub:1479
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AzVision.az AFFA-nın saytına istinadən İntizam Komitəsinin qərarlarını təqdim edir:

25 avqust 2013-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının IV turu çərçivəsində “Xəzər Lənkəran” - “Neftçi” matçı keçirilib və oyun 0:0 heasbı ilə başa çatıb.

Oyunun fasiləsi zamanı “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora doğru hərəkət edərək onlara fiziki təsir göstərməyə cəhd edib, lakin polis tərəfindən insident sakitləşdirilib. Baş vermiş hadisə ilə əlaqədar matçın ikinci hissəsi 6 dəqiqə gec başlayıb.

Oyun başa çatdıqdan sonra yenidən “Xəzər Lənkəran” klubunun azarkeşləri "Neftçi” klubunun azarkeşlərinə hücum etməyə cəhd göstərib, polis və daxili qoşun qüvvələri tərəfindən buna imkan verilməyib və baş verə biləcək hər hansı xoşagəlməz hadisələrin qarşısı alınıb. Buna baxmayaraq, “Xəzər Lənkəran” klubunun azarkeşləri “Neftçi” klubunun azarkeşləri olan sektora və meydançaya çoxlu sayda pirotexniki vasitələr, oturacaqlar və digər əşyalar atıblar.

Azarkeşlər stadionu və ətraf ərazini tərk etdikdən sonra matçın hakimləri və “Neftçi” klubunun azarkeşləri polisin müşayiəti ilə stadiondan çıxıb.

Yuxarıda göstərilən hadisələri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

- 2013/2014 mövsümü Topaz Premyer Liqası və Azərbaycan Kuboku matçlarında bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

- Stadionda baş vermiş kütləvi intizamsızlığa görə “Xəzər Lənkəran” klubu 5000 manat cərimə olunur (maddə 50).

- Pirotexniki vasitələrdən istifadə edilməsi və meydançaya kənar əşyalar atılmasına görə “Xəzər Lənkəran” klubu 4000 manat cərimə olunur (maddə 52).

- “Xəzər Lənkəran” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə klub 1000 manat cərimə olunur (maddə 40).

- “Xəzər Lənkəran” və “Neftçi” klublarının azarkeşlərlə apardığı işin səviyyəsi çox aşağı olduğuna görə hər iki klub 5000 manat cərimə olunur.

- Hər iki klubun ev sahibi olduğu oyunlarda analoji hadisənin yenidən baş verəcəyi təqdirdə klub Topaz Premyer Liqası və Azərbaycan kuboku çərçivəsində ev oyunlarını azarkeşsiz keçirəcək.

- Matçın gedişində stadionun diktoru tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə “Xəzər Lənkəran” klubu 2000 manat cərimə olunur.

- “Xəzər Lənkəran” klubunun 5 №-li futbolçusu Elnur Allahverdiyevlə “Neftçi” klubunun 7 №-li futbolçusu Araz Abdullayevin idmançıya yaraşmayan hərəkətlərinə görə “Xəzər Lənkəran” və “Neftçi” klubları 2000 manat cərimə olunurlar.


Teqlər:  





Xəbər lenti