“Xəzər-Lənkəran-Neftçi” insidentilə bağlı rəsmi açıqlama

“Xəzər-Lənkəran-Neftçi” insidentilə bağlı rəsmi açıqlama
  26 Avqust 2013    Oxunub:1618
Daxili İşlər Nazirliyi "Xəzər-Lənkəran" və "Neftçi" futbol klubları arasında keçirilmiş oyun zamanı baş verən insidentlə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 25-də saat 20.22 radələrində Lənkəran şəhər Mərkəzi Stadionunda "Xəzər-Lənkəran" və "Neftçi" futbol klubları arasında keçirilmiş oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.

Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində ictimai qaydanı pozanlardan 7 nəfər saxlanılaraq ŞRPŞ-yə gətirilib.

Onlardan 4-nün sərxoş halda olmaları müəyyən edilib.

İctimai asayişi qorumağa cəlb edilən DİO əməkdaşlarından 6 nəfəri xəsarət alıb.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi başlanıb.


Teqlər:





Xəbər lenti