Siqaret hər 6 saniyədə bir nəfəri öldürür

Siqaret hər 6 saniyədə bir nəfəri öldürür
  10 Fevral 2017    Oxunub:2696
Dünyada hər 6 saniyədə bir nəfər, il ərzində isə təxminən 6 milyon insan siqaret çəkdiyi üçün dünyasını dəyişir.

AzVision.az "Haber7"yə istinadən xəbər verir ki, bu barədə 9 Fevral - "Dünya siqaretdən imtina günü" münasibətilə Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumatda bildirilib.

Türkiyə siqaretin tərgidilməsi üçün həyata keçirilən tədbirlərə görə dünya ölkələri arasında 6-cı yerdədir. Birinci yerdə Braziliya qərarlaşıb. Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.

Siqaretdən ən çox ölənlər Çindədir. Bu ölkədə siqaret hər il 1.3 milyon insanın həyatına son qoyur. Bu öldürücü vərdiş həm də qazanc mənbəyidir. Hesablamalara görə, dünya iqtisadiyyatında siqaretin illik dövriyyəsi 1 trilyon dollardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti