Trampla Putinin görüş xəbəri yalan çıxdı

Trampla Putinin görüş xəbəri yalan çıxdı
  15 Yanvar 2017    Oxunub:3154
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi haqda xəbərlər təkzib olunub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın nümayəndəsi yeni prezidentlə Putinin Reykyavikdə görüşməyəcəyini bəyan edib.

O, bildirib ki, "Sunday Times" nəşrinin yaydığı məlumat tamamilə yalnışdır, perspektivdə belə görüş nəzərdə tutulmayıb.

Qeyd edək ki, “Sunday Times” nəşri Trampın Putinlə Reykyavikdə görüşmək niyyətində olduğunu yazıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti