Ohanyan Sarksiyanla görüşmək istəmir - (VİDEOXƏBƏR)

Ohanyan Sarksiyanla görüşmək istəmir - (VİDEOXƏBƏR)
  23 Dekabr 2016    Oxunub:6123
Sabiq müdafiə naziri Seyran Ohanyanın seçkilərdə iştirak etmək niyyətində olması haqda bəyanatından sonra Ermənistan prezidenti Serj Sarkisyan onunla görüşmək istəyib.
AzVision.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” məlumat yayıb.

“Ermənistanın Prezidenti Aparatının rəhbəri bir neçə dəfə sabiq nazirlə əlaqə saxlamaq istəyib. Sonda aparat rəhbəri Armen Qevorkyan onunla danışa bilsə də, Ohanyan prezidentlə görüşdən imtina edib”, - deyə nəşr yazıb.

Qeyd edək ki, sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistanın Prezident Aparatı rəhbərinin keçmiş müavini Viktor Dallakyanın yaratdığı "Üçüncü Respublika" partiyasına rəhbərlik edəcək. Yeni partiyanın Sarkisyana qarşı müxalif mövqe tutacağı bildirilir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti