
Əslən Şuşadan olan sənətkar 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub.

Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. Dövrünün Stalin, Mao Dze Dun, Cavaharlal Neru, İndira Qandi, Süleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəliblər. Korifey həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla yadda qalıb.

Qeyd edək ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.
Sənətkarın yeganə övladı olan Rəşidə Rəşid atasının yolunu davam etdirir.
Şahanə Rəhimli
AzVision.az