İranlı zəvvarlara qarşı terror - 80 ölü

İranlı zəvvarlara qarşı terror - 80 ölü
  24 Noyabr 2016    Oxunub:2688
İraqın paytaxtı Bağdad şəhərinin cənubunda baş verən güclü partlayış nəticəsində azı 80 nəfər həlak olub.
“Reuters” xəbər verir ki, terror aktı Babil vilayətinin inzibati mərkəzi olan Əl-Xilla şəhərində törədilib. Terrorçu-kamikadze minalanmış yük maşınını yanacaqdoldurma məntəqəsində partladıb.

Ölənlərin əksəriyyətinin Kərbəla ziyarətindən qayıdan iranlı zəvvarlar olduğu bildirilir.

Hadisəni məsuliyyətini İŞİD terror qruplaşması üzərinə götürür.

AzVision.az


Teqlər:  





Xəbər lenti