Astananın adı dəyişdirilir - Nazarbayev şəhəri (VİDEO XƏBƏR)

Parlamentarilər bu təşəbbüsü Qazaxıstan qanunvericilik orqanın hər iki palatasının birgə iclasında səsləndirib.
“Ölkə konstitusiyasında inkişafa verdiyi böyük töhfəyə görə, ölkənin ilk prezidenti – xalqın lideri Nursultan Abışeviç Nazarbayevin adını vurğulamağı təklif edirik. El başı (xalqın lideri) paytaxtın adında və digər önəmli obyektlərdə öz əksini tapmasını istəyirik”, - deyə Qazaxıstanın müstəqilliyinin 25 illiyi ilə bağlı hazırlanan bəyanatda bildirilir.
Eldar Tanrıverdiyev
AzVision.az