Maşın yük qatarı ilə toqquşdu, sürücü öldü

Maşın yük qatarı ilə toqquşdu, sürücü öldü
  03 Noyabr 2016    Oxunub:1896
Sumqayıtda ağır yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də, Sumqayıt şəhəri ərazisində "VAZ” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvan oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:07-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti