Sumqayıt yolunda ağır qəza - 6 maşın toqquşdu

Sumqayıt yolunda ağır qəza - 6 maşın toqquşdu
  02 Noyabr 2016    Oxunub:1823
Sumqayıt yolunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.
AzVision.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sumqayıt şəhərinə gedən yolda baş verib.

Məlumata görə, “QAZ 31”, “VAZ 2107”, “QAZ 24” markalı minik avtomobilləri, iki “KamAZ” və “İsuzu” markalı yük avtomobilləri toqquşub.

İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış “Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.

Qəza nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilir.

Qəza səbəbindən nəqliyyat vasitələrinin hərəkətində problem yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.

Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti