FİFA reytinqində irəlilədik

FİFA reytinqində irəlilədik
  08 Avqust 2013    Oxunub:1261
FİFA mili komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qurumun rəsmi saytında yayımlanan reytinq cədvəlinə görə, Azərbaycan millisinin ötən aykı mövqeyində dəyişiklik olub. Yığmamız iki pillə irəliləyərək 115-ci pilləyə qalxıb.

Siyahıya yenə də İspaniya millisi başçılıq edir. Almaniya ötən aykı pilləsini qoruyaraq ikinci, Kolumbiya isə üçüncüdür.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan ölkələr də reytinq cədvəlində irəliləyib. Portuqaliya 7-ci (0), Rusiya 16-cı (+1), İsrail 63-cü (+1), Şimali İrlandiya 109-cu (+2), Lüksemburq isə 140-cı (+1) yeri tutur.


Teqlər:  





Xəbər lenti