Moskva Əsədə qiymət qoydu

Moskva Əsədə qiymət qoydu
  08 Avqust 2013    Oxunub:1272
Səudiyyə Ərəbistanı Suriya məsələsində Rusiyaya rüşvət təklif edib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən həftə Rusiya prezidenti Vladimir Putinlə qeyri-rəsmi görüşən Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin rəhbəri Bəndər Bin Sultan Moskvanın Suriya məsələsində siyasi güzəştlərə getməsi qarşılığında ona rüşvət təklif edib.

Ər-Riyad 15 milyard dollar dəyərində Rusiya silahı almaq və Avropada qazın əsas təchizatçısı kimi Yaxın Şərqin təbii qazının Rusiyanın statusuna təhlükə yaratmayacağına zəmanət verməyə hazır olduğunu bildirib. Bunun əvəzində Səudiyyə Ərəbistanı çox az şey istəyir - Moskva Suriya rejiminə siyasi dəstəyi azaltmalı və BMT-nin Təhlükəsizlik Şurasında Suriya ilə bağlı gələcək qətnamənin qarşısını almamalıdır.

Qeyd edək ki, nə Rusiya, nə də Səudiyyə Ərəbistanı hakimiyyəti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti