İsrail casusu İranda həbs edildi

İsrail casusu İranda həbs edildi
  06 Avqust 2013    Oxunub:1646
İran hakimiyyəti İsrailə casusluq etməkdə ittiham olunan şəxsi həbs edib.
AzVision.az məlumat verir ki, şübhəli bilinən şəxs İranın cənub-şərqində yerləşən Kirman əyalətində tutulub. Məlumatına görə, həmin şəxs dağ-mədən sahəsi haqqında məlumatlar toplayırmış. Qeyd edək ki, həbsin dəqiq tarixi bildirilməyib. İstintaqın nəticəsinə görə, həmin şəxs məxfi informasiyanı Tailanddakı İsrail səfirliyinə ötürürmüş. Məsələ ilə bağlı digər təfərrüatlar açıqlanmır. İran hakimiyyəti isə dəfələrlə İsrail və qərb dövlətlərinə casusluq edən şəxslərin həbs olunduğunu bildirib. Belə ki, 2013-cü ilin iyununda İran ərazilərinə sabotaj və terrorizm aktı planlaşdırmış Britaniya-İsrail casus şəbəkəsi aşkar olunmuşdu.

İranda casusluq edən şəxsi ölüm cəzası gözləyir. May ayında Tehranda casusluqda şübhəli bilinən iki iranlı edam edilmişdi. Onlardan biri məxfi məlumatları İsrailə, digəri isə ABŞ-a ötürməkdə ittiham olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti