Obama məzuniyyətdə bu kitabları oxuyacaq

Obama məzuniyyətdə bu kitabları oxuyacaq
  13 Avqust 2016    Oxunub:2088
ABŞ prezidenti Barak Obama iki həftə yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb.
CNN xəbər verir ki, ABŞ prezidenti "Qatarda qız" (The Girl on the Train) adlı romanı oxumaq niyyətindədir. Obama, həmçinin Kolson Uaytxedin "Yeraltı dəmir yolu" (The Underground Railroad) adlı romanını oxuyacaq.

ABŞ prezidentin siyahısına həmçinin bir neçə digər dünya şöhrətli kitablar daxildir.

AzVision.az


Teqlər:





Xəbər lenti