ABŞ vətəndaşlarına bu ölkələri qadağan etdi

ABŞ vətəndaşlarına bu ölkələri qadağan etdi
  03 Avqust 2013    Oxunub:1131
ABŞ Xarici İşlər Nazirliyi vətəndaşlarına, dünyada baş verən terror hadisələri ilə əlaqədar bir sıra ölkələrə səyahət etməməyə çağırıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlikdən verilən açıqlamada, vətəndaşlara Orta şərq ölkələri ilə Şimali Afrika ölkələrinə səyahətlə bağlı xəbərdarlıqlar yer alıb.

Bildirilib ki, həmin bölgələrdə terror hadisələri daha çox vüsət alıb və diqqətli olmaq lazımdır. Xüsusən də, terror hadisələrinin Ərəb yarımadasından qaynaqlana biləcəyinin vurğulandığı açıqlamada , Əl-Qaidə terror təşkilatının və ona bağlı olan təşkilatların fəallığı vətəndaşların diqqətinə çatdırılıb.

Çağırışda, amerikanlardan, səyahət zamanı özlərini müdafiə etmək üçün müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi və ətraflarında baş verənlərə qarşı ayıq-sayıq olmaları tələb olunub.

Mirvari



Teqlər:  





Xəbər lenti