`Qarabağ` son dəqiqədə uddu - VİDEO

`Qarabağ` son dəqiqədə uddu - VİDEO
  02 Avqust 2013    Oxunub:2468
Bu gün UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələrinin ilk oyunlarına start verilib.
Bu mərhələdə çıxış edən Azərbaycanın yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçin “Gefle” klubunu qəbul edib. “Qarabağ” bu oyundan üzü ağ çıxmağa bacarıb. İsveç çempionatından heç də yüksək nəticələri göstərməyən klubla oyununun birinci hissəsində ağdamlılar bir neçə dəfə qol vurmağa yaxın olsalar da, rəqibin qapısına qol vurmağa nail olmayıblar. İkinci hissədə də “Qarabağ” öz gücünü ortaya qoyub, lakin yenə də Azərbaycan klubun futbolçuları müvəffəgiyyət qazana bilməyiblər. Oyunun heç heçə ilə başa çatacağı gözlənilsə də Namiq Yusifovun yerinə meyadançaya daxil olan braziliyalı legioner Reynaldo Silva 89-cu dəqiqədə rəqibin qapısına yol tapa bilib.

Növbəti görüş bir həftə sonra “Gefle”-nin doğma meydanşasında keçiriləcək. Bu oyunda Qarabağa heç heçə və 1 qol fərgi ilə irihesablı məğlubiyyət də sərf edər.

AzVision.az




Teqlər:  





Xəbər lenti