Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək

Azərbaycanlı hakim Avroliqa oyununu idarə edəcək
  30 İyul 2013    Oxunub:1612
FIFA referisi Anar Salmanov futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsinə təyinat alıb.
AFFA-dan verilən xəbərə görə, o, avqustun 1-də Norveçin “Tromse” klubu ilə Lüksemburqun “Differdange” komandası arasında keçiriləcək qarşılaşmanın baş hakimi olacaq.

Anar Salmanova digər iki hakimimiz - Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Hakimlərin idarəçiliyinə Sergey Zuyev (Rusiya) qiymət verəcək.
Oyunun UEFA nümayəndəsi almaniyalı Tomas Veyhingdir.


Teqlər:





Xəbər lenti