Stokholmda futbolumuzdan danışılacaq

Stokholmda futbolumuzdan danışılacaq
  27 İyul 2013    Oxunub:1283
İsveçin Stokholm şəhərində UEFA-nın qadın futbolunun inkişafına həsr olunmuş tədbiri keçirilir.
AzVision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə UEFA-nın üzv assosiasiyalarının baş katibləri, UEFA İcraiyyə Komitəsinin üzvləri, FIFA-nın qadın yarışlarının keçirilməsi və üzv assosiasiyaların inkişafı şöbələrinin nümayəndələri iştirak edir.

Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanda qadın futbolunun hazırkı vəziyyəti, bu sahədə təşkil olunmuş tədbir və turnirlər, həyata keçirilməsi planlaşdırılan layihələrlə bağlı xüsusi təqdimatla çıxış edəcək.


Teqlər:





Xəbər lenti