`Qarabağ` növbəti mərhələdə

`Qarabağ` növbəti mərhələdə
  26 İyul 2013    Oxunub:1433
İyulun 25-də Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azərbaycanı bu turnirdə təmsil edən 3 klubdan yalnız “Qarabağ” azarkeşlərinə sevinc yaşadıb.

”Qarabağ” səfərdə Polşanın “Piast” klubunun qonağı olub. Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn Ağdam klubunun növbəti mərhələyə keçmək şansı rəqibinə nisbətən üstün idi. Oyuna qolla başlayan "Qarabağ" sonradan üstünlüyünü əldən verib. Lakin matçın 108-ci dəqiqəsində daha bir qol vuran təmsilçimiz növbəti mərhələyə adlayıb.

“Qarabağ” III təsnifat mərhələsində “Anortosis” (Kipr) – “Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Piast” – “Qarabağ” oyununda təxribat baş verib. Belə ki, tribunada bəzi tamaşaçılar tərəfindən Daglıq Qarabağın separatçı rejiminin “bayrağı” dalğalandırılıb. Ağdam klubunun meneceri Asif Əsgərovun müdaxiləsindən sonra qondarma respublikanın bayrağı tribunadan yığışdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti