“Xəzər Lənkəran” bu dəfə də israilliləri sevindirdi

“Xəzər Lənkəran” bu dəfə də israilliləri sevindirdi
  26 İyul 2013    Oxunub:1204
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Təmsilçilərimizdən “Xəzər Lənkəran” öz meydanda İsrailin “Makkabi” (Hayfa) klubunu qəbul edib.
Cənub təmsilçisin ilk oyunda rəqibinə uduzmağını və “Makkabi”nin komandamızdan birbaş güclü olmağını nəzərə alsaq, İsrail klubunun mərhələ adlayacağı daha real görünürdü. Çünki təmsilçimiz növbəti mərhələyə adlaması üçün güclü "Makkabi" klubuna ən azı 3 cavabsız qol vurmalı idi.

Amma bunun əksi oldu. "Makkabi" "Xəzər Lənkəran"ı biabırçı məğlubiyyətə uğratdı. İsrail klubu 90 dəqiqə ərzində komandamızın qapısından 8 cavabsız top keçirdi.

Digər təmsilçimiz "İnter" Bakıda Norveçin "Tromse" komandası ilə qarşılaşıb. İlk oyunda rəqibə 2:0 hesabı ilə məğlub olan bakılılar oyunun 77-ci dəqiqəsində Baçana Sxadadzenin qolu ilə önə keçiblər. Lakin "İnter"in bundan artığına gücü çatmayıb. Matç elə bu hesabla da başa çatıb - 1:0.

Beləliklə, "Xəzər Lənkəran" və "İnter" Avropa Liqasında mübarizəni dayandırıblar.
AzVision.az


Teqlər:  





Xəbər lenti