“Neftçi”nin baş məşqçisi istefa verdi

 “Neftçi”nin baş məşqçisi  istefa verdi
  26 İyul 2013    Oxunub:1367
Bu gün “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib.

Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib. Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
İstefaya səbəb "Neftçi"nin Çempionlar Liqasının II təsnifat mərhələsində o qədər də güclü olmayan Albaniya təmsilçisinə uduzub mübarizədən kənarda qalmasıdır.

Qeyd edək ki, “Neftçi” sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti