AFFA-nın baş katibi "Barselona"nın prezidenti ilə görüşüb

AFFA-nın baş katibi "Barselona"nın prezidenti ilə görüşüb
  10 İyul 2013    Oxunub:1571
Baş katib "Barselona" klubunun prezidenti ilə görüşüb
Bu barədə AFFA-nın mətbuat xidmətindən AzVision.az-a məlumat verilib. Məlumata görə, bu gün İspaniyanın Barselona şəhərində AFFA-nın baş katibi Elxan Məmmədovla "Barselona" Futbol Klubunun prezidenti Sandro Rosell arasında görüş keçirilib. Görüşdə ümumilikdə Azərbaycan futbolunun inkişafı, xüsusilə uşaq futbolu və marketinq sahəsində görülən işlər, həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışılıb və AFFA ilə "Barselona" klubu arasında qarşılıqlı əlaqələr müzakirə olunub.


Teqlər:





Xəbər lenti