Atletimiz gümüş medal qazandı

Atletimiz gümüş medal qazandı
  09 İyul 2013    Oxunub:1606
Ağırlıqqaldıranımız gümüş medal qazandı
Kazanda keçirilən XXVII Yay Universiadasının ağırlıqqaldırma yarışlarında Azərbaycan idmançısı gümüş medal qazanıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 58 kq çəki dərəcəsində yarışan idmançımız Kristina İova birdən qaldırmada 100 kq, təkanla qaldırmada 126 kq ağırlığın öhdəsindən gələrək 226 kq nəticə ilə ikinci yeri tutub.

Universiadanın qalibi 238 kq nəticə ilə (104 kq + 134 kq) Taypey idmançısı Çunq Sinq olub. Bürünc medala isə Koreya Xalq Respublikasının idmançısı Hyo Sim Çoe (100 kq + 125 kq) layiq görülüb.

Yarışı zalda izləyən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mübarizə başa çatan kimi atletlər otağına gedərək idmançımızı bu uğuru münasibətilə təbrik ediblər.


Teqlər:  





Xəbər lenti