“Transparency İnternational”: Azərbaycanda korrupsiya azalıb

“Transparency İnternational”: Azərbaycanda korrupsiya azalıb
  09 İyul 2013    Oxunub:2031
Transparency Azərbaycan təşkilatı “Transparency İnternational” təşkilatının 2013-cü il Qlobal Korrupsiya Barometri hesabatını təqdim edib. Bu hesabat korrupsiya halları üzrə bütün dünyanı əhatə edən yeganə ictimai rəy sorğusudur.

Ümumi ictimaiyyətin rəy sorğusu kimi, hesabat korrupsiyanın şəxslərə milli səviyyədə hansı dərəcədə təsir etməsini və dünya üzrə korrupsiyaya qarşı mübarizə tədbirlərinin vətəndaşlar tərəfindən necə qəbul edilməsini göstərir. 2013-cü ilin Barometri səkkizinci nəşrdir və dünyanın 107 ölkəsindən olan 114000 şəxsin cavablarını əhatə edir.

Transparency İnternational Təşkilatının sədri Huguette Labelle bildirib ki, “hökumətlər vətəndaşların korrupsiyaya qarşı olan bu çağırışını ciddi diqqətə almalı və şəffaflıq və hesabatlılığın artırılması üçün konkret tədbirlərlə cavab verməlidir”.

2013-cü il Barometrinin əsas nəticələrinin Azərbaycana münasibətdə müqayisəli təsviri aşağıda göstərilib. Nəticələrə əsasən dünya üzrə hər iki nəfərin birindən də artıq sayda şəxs hesab edir ki, son iki ildə korrupsiyanın səviyyəsi artıb. Azərbaycanda isə belə nəticə ilə respondentlərin 27% razılaşır. 2010-cü il illə müqayisədə bu göstərici irəliləyiş kimi qiymətləndirilməlidir. Belə ki, 2010-cu ildə 52% respondent bu fikirdə idi. Azərbaycanda respondentlərin 41% düşünür ki, ölkədə korrupsiya azalıb. 32% isə hesab edir ki, onun səviyyəsi dəyişməyib.

2013-cü il Qlobal Korrupsiya Barometri həmçinin bu nəticəyə gəlib ki, bir çox ölkələrdə insanların korrupsiyaya qarşı mübarizə və digər cinayətlərin araşdırılmasına məsul qurumlara inamı yoxdur. Dünya üzrə polis və məhkəmə sahələri korrupsiyaya ən çox məruz qalan sahələr kimi müəyyən edilib. Azərbaycanda isə mənzərə fərqlidir. 2010-cü ilin nəticələri ilə müqayisə etdikdə insanlar hesab edirlər ki, polis, dövlət qulluğu və təhsil sahəsində korrupsiya azalıb. Ümumən özəl sektor və dini qurumlarla bağlı sahə istisna olmaqla bütün sahələrdə korrupsiyanın azalması müşahidə edilir. Nəticələr aşağıda cədvəl formasında təqdim edilir.Cədvəldə 1 bal korrupsiyanın aşağı 5 bal isə yuxarı səviyyəsinin göstərir.



Dünya üzrə insanların öz liderlərinin korrupsiyaya qarşı mübarizə səylərinə olan münasibəti 2008-ci ildəki, maliyyə böhranından əvvəlki vəziyyətdən pisdir. Belə ki, 2008-ci ildə dünya üzrə 31% respondent qeyd edib ki, onların hökumətinin korrupsiyaya qarşı mübarizə səyləri səmərəlidir. Bu il isə bu rəqəm 22%-dir.

Bundan fərqli olaraq Azərbaycanda respondentlərin 68% hesab edir ki, hökumətinin korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Sorğu iştirakçıları həmçinin inanırlar ki, onlar bu korrupsiyaya qarşı mübarizə prosesinə dəyişiklik gətirə bilərlər. Onların korrupsiyaya qarşı mübarizədə iştirak etmək arzuları var.

Sorğuda iştirak edən hər 10 nəfərdən 9-u korrupsiyaya qarşı mübarizədə iştirak edəcəyini bildirmişdir. Hər yerdə olduğu kimi, Azərbaycanda da respondentlərin 71% hesab edir ki, adi vətəndaşlar bu prosesə dəyişiklik gətirə bilər. Bu şəxslərdən 81% şəxs korrupsiyaya qarşı mübarizənin özlərinin aparmaq istəyinin olmasını bildirmişdir. Bu 2010-cu ilin göstəricisindən (68.6%) artıqdır. Sorğuda iştirak edən şəxslər bildirmişdilər ki, onlar özlərini korrupsiyaya qarşı mübarizənin bir hissəsi kimi görə bilərlər.

Şəffaflıq Azərbaycan təşkilatının rəyi

2010-cu ilin ziddiyyətli nəticələrindən fərqli olaraq, 2013-cü ilin göstəriciləri daha çox məntiqi uyğunluq təşkil edir. Belə ki, ötən sorğuda Azərbaycanda respondentlərin yarıdan çoxu korrupsiya hallarının artmasını bildirirdi, lakin bundan daha çox sayda şəxs hökumətin korrupsiyaya qarşı mübarizəsinin səmərəli olmasını düşünürdü. 2013-cü ildə isə respondentlərin yalnız üçdə biri korrupsiyanın səviyyəsinin artmasını bildirir və hökumətin korrupsiyaya qarşı mübarizədə səylərinin səmərəsiz olmasını hesab edir.

Nəticələrdə belə irəliləyişin olması çox güman ki, 2013-cü ilin sentyabrında Azərbaycan hökuməti tərəfindən Korrupsiyaya qarşı mübarizə ilə bağlı 2 mühüm Açıq Hökumətin təşviq edilməsinə dair və Korrupsiyaya qarşı mübarizə üzrə 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planlarının qəbul olunması; dövlət qurumları tərəfindən müraciətlərə baxılma mexanizmlərinin (qaynar xəttlər, açıq qapı qəbul günləri, vətəndaş cəmiyyətinin nəzarət mexanizmləri və s.) təmin edilməsi; xidmətlərinin vətəndaşlara 2013-cü ilin əvvəlindən fəaliyyətə başlayan ASAN-Xidmət Mərkəzləri vasitəsilə səmərəli, çevik və şəffaf şəkildə göstərilməsi ilə bağlıdır.

Polis orqanlarında korrupsiya hallarının hiss olunacaq dərəcədə azalması isə yol polisi sistemində həyata keçirilən islahatlar və əsas küçələr və yollarda “təhlükəsiz şəhər sistemi”-nin qurulması ilə əlaqəlidir. Bu təcrübə həmçinin digər qurumların da tətbiq edə biləcəyi şəffaflıq standartını müəyyən edir. Respondentlərin əksəriyyəti düşünür ki, hökumət Azərbaycanda bu böyük maneəni dövlət idarəetməsinin bütün sistemində əhəmiyyətli islahatlar aparmaqla, eyni zamanda ictimai rəyin, sosial institutları səfərbər etməklə və vətəndaş cəmiyyətinin iştirakını təmin etməklə dəf edə bilər.

İnsanların çoxu özünü korrupsiyaya qarşı mübarizədə iştirak üçün hazır hiss edir və onların yarıdan çoxu rastlaşdıqları korrupsiya halı barədə məlumat verməyə hazırdır. Bu Azərbaycanda vətəndaş cəmiyyətinin korrupsiyaya qarşı mübarizədə maarifləndirmənin artırılması üçün aktiv səyləri, vətəndaşlarla hüquqi yardım göstərmələrilə əlaqələndirilə bilər. Məsələn Şəffaflıq Azərbaycan təşkilatının Hüquqi Məsləhət və Hüquqi Resurs Mərkəzləri, Korrupsiyaya qarşı mübarizə Fondu, İnsan Hüquqlarının Tədrisi və sair kimi digər təşkilatların fəaliyyəti.

Transparency Azərbaycan təşkilatı məmnundur ki, 2010-cu ilin nəticələri ilə müqayisədə (6%) 2013-cü ildə onların təşkilatının işi ilə daha çox şəxs (9%) tanışdır.


Teqlər:  





Xəbər lenti