Daha bir futbolçumuz Türkiyəyə gedir

Daha bir futbolçumuz Türkiyəyə gedir
  09 İyul 2013    Oxunub:1764
Rail Məlikovun yerinə “Neftçi Bakı” klubunun oyunçusu Türkiyənin “Denizlispor” klubuna transfer olur.
AzVision.az Türk mətbuatına istinadən xəbər verir ki, “Denizlispor”dan Azərbaycanın “Qəbələ” klubuna transfer olunan R.Məlikovun yerinə kluba daha bir azərbaycanlı qatılır. Bu 28 yaşlı “Neftçi Bakı” klubunun oyunçusu Şaşa Yunusoğludur. Ş.Yunusoğlu “Dənizlispor”la 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Türkiyə mətbuatı “Qəbələ”nin yeni transferi Rail Məlikovun maşınla adam vurması barədə məlumat yayıb. Mətbuata açıqlama verən R.Məlikov isə bunun yanlış məlumat olduğunu bildirib.


Teqlər:





Xəbər lenti