Komandamız 1/4 finala çıxıb

  06 İyul 2013    Oxunub : 711
Komandamız 1/4 finala çıxıb
Bakıda hərbiçilər arasında birinci Dünya Futbol Kuboku yarışlarının dördüncü günü “A” və “B” qruplarında 4 oyun keçirilib. “A” qrupunda mübarizə aparan Azərbaycan yığması Kanada komandası üzərində 2:0, İraq futbolçuları isə Mali yığması üzərində 4:0 hesablı qələbə qazanıb.
Bununla da Azərbaycan və İraq komandaları 1/4 final mərhələsinə çıxıblar. Bu qrupda hansı komandanın lider kimi mərhələni başa vuracağı Azərbaycan-İraq komandalarının iyulun 8-də keçiriləcək qarşılaşmasından sonra məlum olacaq.

“B” qrupunda Fransa-Bəhreyn yığmalarının oyununda hesab açılmayıb - 0:0. Əlcəzair komandası isə Keniya yığmasına 3:1 hesabı ilə qalib gəlib. Bu qrupa 4 xalla Əlcəzair komandası liderlik etsə də, hələlik heç bir komandanın növbəti mərhələyə keçdiyi rəsmiləşməyib.

Hər şey iyulun 8-də keçiriləcək turdan sonra müəyyənləşəcək.

Teqlər: