Serbiyalı nazir Bakıya gəlir

Serbiyalı nazir Bakıya gəlir
  01 İyul 2013    Oxunub:1476
Serbiyanın gənclər və idman naziri Bakıya gəlir.

 Serbiya Respublikasının gənclər və idman naziri xanım Alisa Mariçin başçılıq etdiyi nümayəndə heyəti iyulun 1-də Azərbaycanda səfərə gəlir. Bu barədə AzVision.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, səfər iyulun 5-dək davam edəcək.

Serbiya nümayəndə heyətini iyulun 1-də, saat 15.00-da Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov qəbul edəcək.

İyulun 2-də, saat 10.00-da isə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Səfər çərçivəsində qonaqlar Milli Olimpiya Komitəsində, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda, Bayraq Meydanında, Bakı-2015 Atletlər kəndində, Azərbaycan Gənclər Fondunda və bir sıra idman mərkəzlərində olacaqlar.


Teqlər:  





Xəbər lenti