Hakimlərimiz Avroliqa oyunlarında

  27 İyun 2013    Oxunub : 657
Hakimlərimiz Avroliqa oyunlarında
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 11-də keçiriləcək iki qarşılaşmanı Azərbaycanı təmsil edən FİFA referiləri idarə edəcək.
Bu barədə AzVision.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Belə ki, "Dinamo" (Minsk, Belarus) - "Kruoja" (Litva) matçı Əliyar Ağayevə, "Libertas" (San-Marino) - "Sarajevo" (Bosniya və Herseqovina) oyunu Rəhim Həsənova həvalə olunub.

"Dinamo" (Minsk, Belarus) - "Kruoja" (Litva)

Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Vüsal Əliyev

"Libertas" (San-Marino) - "Sarajevo" (Bosniya və Herseqovina)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov

Teqlər: