Güləşçilərimiz ilk gündə 3 qızıl, 1 bürünc qazandı
Güləşçilərimizdən 3-ü finala qədər maneəsiz irəliləyib. Onlardan Məhəmmədəli Əliyev (58 kq) və Nurməhəmməd Hacıyev (85 kq) finalda Türkiyə təmsilçiləri ilə, Abdulmuslim Muxuddinov (69 kq) isə erməni güləşçi ilə qarşılaşıb. 50 kq-da təmsilçimiz Mahir Əmiraslanov bürünc medal uğrunda görüşə çıxıb, rəqib Rumıniya güləşçisi olub. Medal uğrunda mübarizəyə qoşulan güləşçilərimizin hər biri qalib olub.
Belə ki, Mahir Əmiraslanov bürünc, Məhəmmədəli Əliyev, Nurməhəmməd Hacıyev və Abdulmuslim Muxuddinov isə qızıl medal qazanıblar.
Beləliklə, yeniyetmələrin Avropa çempionatında ilk gün sərbəst güləşçilərimiz 3 qızıl və 1 bürünc medal qazanıb.
Çempionatın ikinci günündə Fazil Həsənov (46 kq), Vurğun Əliyev (54 kq), Teymur Məmmədov (63 kq), Şamil Sadullayev (76 kq) və İqbal Hacızadə (100 kq) mübarizəyə qoşulacaq.
AzVision.az
Teqlər: