13 yaşlı qızı öldürən səfir oğlu həbs olunub

13 yaşlı qızı öldürən səfir oğlu həbs olunub
  18 İyun 2013    Oxunub:1170
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu birgə məlumat yayıb
AzVision.az Baş Prokurorluğun saytına istinadən xəbər verir ki, iyunun 9-da saat 23:00 radələrində Bakı şəhər sakini Zeynalov Əbil Abbas oğlu idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı, 90-FL-003 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Neftçilər prospektində hərəkətdə olarkən yolu keçmək istəyən İsmayılova Tahirə Ələkbər qızını vuraraq xəsarət yetirib.

Sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Zeynalov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunan və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Mirvari


Teqlər:  





Xəbər lenti