Maşın dərəyə aşıb, ölən və yaralananlar var

  18 İyun 2013    Oxunub : 452
Maşın dərəyə aşıb, ölən və yaralananlar var
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, İsmayıllı rayonu, Topçu kəndində vətəndaşa məxsus "NİSSAN X TRAİL" markalı minik avtomobili dərəyə yuvarlanıb.

AzVision.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, nəticədə avtomobildə olan sərnişin, 1951-ci il təvəllüdlü Məlikov Məzahir Almaz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib, avtomobilin sahibi və avtomobildəki sərnişinlər müxtəlif bədən xəsarətləri alıblar.

Ölən və yaralananlar yanğınsöndürən xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.

Əməliyyat saat 04:30-da başa çatıb.

Mirvari

Teqlər: