Günel Anarqızı Fransada "Qarabağ hekayələri"ndən danışıb

Günel Anarqızı Fransada "Qarabağ hekayələri"ndən danışıb
  17 İyun 2013    Oxunub:2343
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Diasporla İş üzrə Dövlət Komitəsinin,"Texnika Bank"ın, Fransada fəaliyyət göstərən"Ulduz" Mədəniyyət Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə gənc azərbaycanlı yazıçı Gunel Anarqızının fransız dilinə tərcümə edilmiş"Qarabağ hekayələri" kitabının təqdimatı olub .
Fransalı deputatların və ictimaiyyət nümayəndələrinin, Azərbaycanın UNESCO yanındakı Daimi Nümayəndəliyinin əməkdaşlarının, diaspor təmsilçilərinin və yerli jurnalistlərin iştirak etdikləri tədbiri açan"UBİZNEWTV" televiziya kanalının rejissoru Jil Trişar fransız və Azərbaycan xalqlarının dostluğundan, Azərbaycan ədəbiyyatının zənginliyindən, məşhur fransız yazıçılarının əsərlərinin dilimizə tərcümə edilməsindən bəhs edib, əsərin müəllifi Günel Anarqızının yaradıcılığı barədə məlumat verib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov xalqımızın mədəniyyətinin qədim və zənginliyini, ədəbiyyat və musiqinin mədəniyyətin ən mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb, tanınmış Azərbaycan yazıçılarının öz əsərləri ilə təkcə Azərbaycan ədəbiyyatını deyil, eyni zamanda, dünya ədəbiyyatını zənginləşdirdiklərini qeyd edib.

Kitabın yazılması səbəbindən danışan Günel Anarqızı əsərdəki hekayələrin yalnız Qarabağla bağlı olduğunu, 1981-ci ilin yayını Şuşada keçirdiyini, həmin günlərin onun uşaqlıq yaddaşında əbədi iz buraxdığını, Şuşada keçirdiyi günlərin təsiri altında 22 ildən sonra ilk dəfə"Şuşam" hekayəsini qələmə aldığını, əsrarəngiz təbiətə malik musiqiçilər diyarı Şuşanı cənnətlə müqayisə etdiyini, Parisdə əsərinin təqdimatı keçirilən ilk azərbaycanlı yazıçı olduğunu, fransız ədəbiyyatı və mədəniyyətinin xalqımız tərəfindən sevildiyini, kitabın təqdimatının iki xalq arasında mövcud dostluq körpüsünə öz töhfəsini verdiyini diqqətə çatdırıb.

Fransanın tanınmış aktyorları Alen Temoliyer və Tierri Bomanvin ifasında yazıçının iki hekayəsi qonaqlara təqdim edilib.
Sonda tanınmış fransalı pianoçu Alber Assayaqın müşayiəti ilə Fransada yaşayan azərbaycanlı müğənni Təranə Monbarbutun ifasında"Alagöz" mahnısı səsləndirilib.

Azvision.az


Teqlər:  





Xəbər lenti