Ukraynadan Rusiya şirkətlərinə inanılmaz qadağa

Ukraynadan Rusiya şirkətlərinə inanılmaz qadağa
  28 Sentyabr 2015    Oxunub:2421
Ukrayna Rusiya şirkətlərinə bu ölkə ərazisindən uçuşların qadağan edilməsi barədə xəbərdarlıq göndərib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Aviasiya Xidməti xəbər yayıb.

“Biz yazılı olaraq qadağanın tətbiq olunacağı bütün Rusiya aviaşirkətlərinə xəbərdarlıq etmişik”, - deyə xidmətin rəsmisi bildirib.

Ukraynanın sanksiya siyahısına “Aeroflot” və Rusiyanın 20-yə yaxın aviaşirkəti məruz qalıb. Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilən sənədə əsasən Rusiya aviaşirkətlərinə Ukrayna ərazisindən keçəcək uçuşlar, daşımalar qadağa olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti