`Volkswagen`ə böyük zərbə: 12 milyard ziyan

`Volkswagen`ə böyük zərbə: 12 milyard ziyan
  28 Sentyabr 2015    Oxunub:2207
Almaniyanın “Volkswagen” konserni yaşanmış qalmaqaldan 12 milyard dollar dəyərində birja səhmlərini itirib. Buna səbəb şirkətin satış üçün Amerikaya göndərdiyi avtomobillərin ətraf mühitə ziyan vura biləcəyi adı ilə başladılan istintaq olub.

Şirkətin ABŞ üzrə rəhbəri açıq şəkildə üzr istəyərək, amerikalı müştərilərə qarşı saxtakarlıqa yol verdiklərinə görə, məyusluğunu ifadə edib. Bəlli olub ki, “Volkswagen” konserni müştərilərə “Dieselmodell” elektronik mühərriklərin ətraf mühitə təhlükə törətməyən materialdan hazırlandığı barədə yalan məlumat verib.

Şirkətin böyük həcmdə cərimələnəcəyi ilə yanaşı, avtomobillərin geri çağırılması xərclərinin də çox yüksək maliyyə itikisilə nəticələnəcəyi bildirilir. Məsələ ilə əlaqədar ABŞ mediası Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin cinayət işinə başladığı məlumat yayıb.

“Volkswagen” şirkətinin Almaniyadakı əsas mərkəzi yaranmış skandalla bağlı məyus olduqlarını açıqlayıb. Almaniyanın nəqliyyat naziri Folker Dobrintin qərarı ilə sözügedən “Volkswagen” modelləri test yoxlamalarından keçiriləcək.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti