Nazir əhalini qəbul edəcək

Nazir əhalini qəbul edəcək
  15 İyun 2013    Oxunub:1449
İyunun 22-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Horadiz şəhərində Ağdam, Tərtər, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Horadiz Şəhər Mədəniyyət Sarayında (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Həzi Aslanov küçəsi, 27) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlarla (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin Nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi, əlaqələndirici şəxs Ağa Ağayev, əlaqə telefonu: (026) 315-01-17, mobil (070) 245-06-06, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.


Teqlər:  





Xəbər lenti