Bakıda intihara cəhd olundu

Bakıda intihara cəhd olundu
  15 İyun 2013    Oxunub:1054
Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihara cəhd etməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1961-ci il təvəllüdlü qadın özünü doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından atmaq istəyir.

Nazirliyin Xüsüsi Riskli Xilasetmə Xidmətinin xilasediciləri intihara cəhdin qarşısını alıblar. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Xilasetmə əməliyyatı saat 08:37-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti