TQDK nəticələri açıqlayıb

TQDK nəticələri açıqlayıb
  14 İyun 2013    Oxunub:1290
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də respublikanın 19 şəhər və rayonunda keçirilmiş növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb.

AzVision.az TQDK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahanların nəticələri və cavab kartlarının qrafik təsviri komissiyanın internet saytında yerləşdirilib.

Məlumat üçün bildirək ki, imtahanlar Yevlax, Bərdə, Tərtər, Daşkəsən, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş və Zərdab rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada aparılıb.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb. İmtahanlarda 26301 nəfər IX sinif , 19910 nəfər isə XI sinif şagirdi iştirak edib.



Teqlər:





Xəbər lenti