Bakı Metropolitenində yenilik

Bakı Metropolitenində yenilik
  14 İyun 2013    Oxunub:1344
Bakı Metropoliteni iki stansiyada və "Elmlər Akademiyası"nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır.

AzVision.az Bakı Metropoliteninin rəsmi saytına istinadən xəbər verir ki, TUGELA markalı 20 eskalatorun "Avtovağzal" stansiyasında, 14-nün "Memar Əcəmi-2" stansiyasında, daha 4-nün isə "Elmlər Akademiyası" stansiyasının hazırda inşa olunan ikinci çıxışında quraşdırılması planlaşdırılır.

Eyni zamanda , Bakı Metropoliteni ilk dəfə olaraq, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında "Synergy" şirkətinin istehsalı olan 5 liftin quraşdırılmasını nəzərdə tutur. Bu, fiziki imkanları məhdud olan insanların metrodan istifadə prosesini asanlaşdıracaq.

"Avtovağzal" stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkət prosesinin rahatlığını təmin edəcək.


Teqlər:





Xəbər lenti