Samuxda 1 nəfər çaya düşüb

Samuxda 1 nəfər çaya düşüb
  14 İyun 2013    Oxunub:1752
Kür çayının Samux rayonundan keçən hissəsində bir nəfərin çaya düşməsi barədə FHN-nə məlumat daxil olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kür çayının Samux rayonu, Sərkar kəndi ərazisindən keçən hissəsində 1 nəfər çaya düşüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti