Toyda öldü

Toyda öldü
  14 İyun 2013    Oxunub:1239
Qazaxda toyda ölüm hadisəsi baş verib.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən saat 21:10-da Qazax şəhər sakini, Hacıyev Hüseyn Zərqəm oğlunun meyiti rayon mərkəzi xəstəxanasına gətirilib.

Aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, şəhər sakini 64 yaşlı Hacıyev Hüseyn Zərqəm oğlu saat 21.00 radələrində Ağstafa şəhərində yerləşən "Orxan" şadlıq sarayında keçirilən toy məclisində olarkən qəflətən vəziyyəti pisləşib.

Təcili tibbi yardım həkimi çağırılıb, həkim H.Hacıyevi müayinə edərək artıq öldüyünü bildirib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti