Mehriban Əliyeva “Ülviyyət”lə mükafatlandırıldı

Mehriban Əliyeva “Ülviyyət”lə mükafatlandırıldı
  14 İyun 2013    Oxunub:1362
Azərbaycan Qadınlarının IV Qurultayının iştirakçıları adından Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fonunun prezidenti Mehriban Əliyeva "Ülviyyət" ictimai mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının IV Qurultayında bildirib.

"Ülviyyət Mehriban Əliyevanın humanist missiyasının ayrılmaz parçasıdır. Mehriban Əliyeva ölkənin gələcəyi üçün böyük sədaqət və tükənməz sevgi ilə çalışır. Buna əsasən də Mehriban Əliyeva Azərbaycan qadınları tərəfindən "Ülviyyət" ictimai mükafatına layiq görülür və ona uzun ömür, can sağlığı, səmərəli fəaliyyətinə sonsuz uğurlar arzulayırıq".

AzVision.az


Teqlər:  





Xəbər lenti