NATO-nun gizli ordusunun sirrləri – DOSYE, SƏNƏDLƏR

NATO-nun gizli ordusunun sirrləri – DOSYE, SƏNƏDLƏR
  13 Avqust 2015    Oxunub:13511
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Şahin Qocayev

Xüsusi olaraq AzVision.az üçün

Beləliklə, ilk illərdə `Stay behind` şəbəkələri CİA agentləri, sabiq Mİ-9 və Mİ-6 tərəfindən yenidən qurulub. Komplektləşdirilən şəbəkələrə Sardiniyanın Kapo Marrargiu adlı gizli hərbi bazası ilə yanaşı, digər bazalarda CİA, Mİ-6, NATO və “Yaşıl beretlilər” tərəfindən təlim verilib. Onlar tpulemyot, partlayıcı sursat, radio və digər avadanlıqlarla təchiz edilib və maliyyələşdirilib. Avadanlıqlar xüsusilə meşə sahələrində, yeraltı sığınacaqlarda və gizli silah anbarlarında gizlədilib.

Müxtəlif məlumatlara görə, Birləşmiş Krallığın Regional Ordu alayları (Territorial Army), SAS və Fəxri Artileriya Bölmələri (Honourable Artillery Company) Qərbi Almaniyanın Böyük Britaniya sektorunda da Stay-behind qruplarını təmin edib. Beləliklə, gizli ordu üzvlərinin, xüsusi hərbi qüvvələrin, kəşfiyyat xidmətlərinin, anti-kommunist qüvvələrin və qismən də sağçı ekstremist kriminal mənşəyə malik birliklərin iştirakı ilə şəbəkələr yenidən komplektləşdirildi.

İyul 1951-ci ildə Qərb Avropa Birliyi Gizli Komitəsinin fəaliyyəti planlaşdırmadan məsul şəxs kimi general Duayt Eyzenhauerin (1951-ci ildə o, NATO-nun ilk ali komandiri olub) şəxsi təşəbbüsünə həvalə edildi. Komplektləşdirmədən sonra fəaliyyət sferaları da müəyyənləşdirildi. Belə ki, əsas rolları ABŞ və Fransa xüsusi xidmət orqanları tərəfindən təşkil ediləcək Avropa Müttəfiq Qüvvətləri Yüksək Qərərgahı ilə “birbaşa və rəsmi əlaqə” Koordinasiya və Gizli Planlaşdırma Komitəsi vasitəsi ilə olmalı idi.

Ən əhəmiyyətli Stay-behind şəbəkələri CPC və ACC-nin tərkib hissəsi olub. Fəaliyyətdə olan bu qüvvələrin sağçı partiyalarla sıx əməkdaşlığı vardı. Sxematik olaraq rollar CPC və CİA verilib; CPC Atlantika Alyansı ölkələrində şəbəkələri idarə etməli, CİA isə bu şəbəkələri neytral ölkələrdə təşkil etməli idi. Çörçün məlumata görə, artıq 1952-ci ildə üç min işçisi ilə şəbəkənin xaricdə 47 filialı və $200 milyon illik büdcəsi vardı.

Bütün bunlara baxmayaraq, SSRİ və Varşava paktının təhlükəsizlik orqanları yaradılan gizli şəbəkələrin strukturunu müəyyən etməyə çalışıb. Şərqi Almaniya Dövlət Təhlükəsizlik Nazirliyi olan Stasi tərəfindən infiltrasiya əməliyyatı ilə ciddi cəhdlər edilib. Təsadüfi deyil ki, şəbəkələrin fəaliyyət göstərəcəyi ən vacib ölkələrdən biri kimi Almaniya əraziləri seçilmişdi.

`Stay-behind` şəbəkəsi 1970-ci illərdən başlayaraq `Ştazi` tərəfindən hədəfə alınıb. Münhen BND (Almaniya Federal Xəbər Alma Servisi) IV Departamenti tərkibində katib işləyən Heidrun Hofer Stay-behind şəbəkəsi istiqamətində `Ştazi` ilə əlaqə yaratdı və casus olaraq fəaliyyətə başladı. 1960-cı ildən başlayaraq, `Ştazi` Qərbi Almaniya gizli xidmət agentlərini xüsusi bir şəkildə müəyyən edirdi. `Ştazi`nin “agentlər” (Überrollagenten) deyə adlandırdığı şəxslər Varşava Paktı qoşunlarının işğalına hazırlaşır və onlar düşmən xətləri arxasında pozuculuq fəaliyyətləri həyata keçirmək üçün təlim görürdülər.

“ADR və Çexoslovakiyanın sərhədi boyunca, Qərbi Almaniya ərazisində yaşayan Almaniya Federativ Respublikasının vətəndaşları, bir çox hallarda kişilər və qadınlardan ibarət agentlər var. Onlar əməliyyatlarda öz sahələrində yaxşı məlumata sahibdirlər və yaşadıqları yerdən 40 km. məsafədə onlara həvalə edilən missiyaları həyata keçirmək üçün təkbaşına və ya 3-4 nəfərlik qruplarla hərəkət edirlər. Bizim ixtiyarımızda olan məlumata görə, 16 ilə 20 arasında birliklər BND ilə müntəzəm əlaqə halındadırlar. Müxtəlif mənbələrə görə, BND daxilində ümumi miqdarca 80 agent ola bilər”. (`Ştazi` Department III. General Mayor Männchenin general-leytenant Neiberə hesabatı, Berlin 6 noyabr, 1984-cü il. Gizliliyi qaldırılıb.)

Dövlətlər daxilinə müxtəlif zamanlarda yerləşdirilən Stay-behind şəbəkələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

* “Qabaqcıl” ölkələr (1944-1949-cu illər) - Yunanıstan, Almaniya, Avstriya kimi birbaşa, yaxud Fransa, Böyük Britaniya, İtaliya, Norveç, Belçika və Hollandiya kimi dolayı yolla kommunist genişlənməsi təhdidi altında olan ölkələr;

* Şərqi Almaniya və Budapeştdə iğtişaşların yatırılmasından sonra 1953-cü ildə İsveç, Finlandiya, Türkiyə, Lüksemburq, Danimarka kimi şəbəkəyə qoşulan ölkələr (1953-1956-cı illər);

* İspaniya, Portuqaliya və İsveçrə kimi tipik olmayan ölkələr.



1968-ci ildə CPC və ACC yeni “birgə” qaranlıq üsullarını Avropa gizli xidmətlərinin illik iclasında (Bern Klubu) daha da gücləndirdilər. 1973-cü ilin martında qurum yenidən sistemləşdirildi və şöbə bugünkü Əməliyyatların İdarə Edilməsi adını aldı.

Şöbə Villiam Nelson, Villiam Vells, John N. McMahon, C. Max Hugel, John H. Stein, Clair E. George və Riçard F. Stolz tərəfindən idarə edildi. Artıq bu dövrdə Stay-behind şəbəkələri Latın Amerikasında gücləndirildi. Argentina, Boliviya, Çili və s. yerlərdə terror və müxalif liderləri aradan qaldırmaq üçün şəbəkələrin koordinasiyası yaradıldı. Bu koordinasiya şəbəkələri İspan, Fransız, Portuqal Stay-behind şəbəkələri tərəfindən dəstəklənirdi.

Latın Amerikasında Stay-behind şəbəkələrindən məsul olan hərbçilərə Amerikanın Fort Bragg (Amerika School) məktəbində (Georgia) təhsil verilib. (Xatırladım ki, 2001-ci ildən bu məktəb Fort Braggın eyni müəllimləri tərəfindən Təhlükəsizlik Əməkdaşlığı üçün Qərb Yarı Qlobal İnstitutu (WHISC) adlanmağa başlanıb.)

1990-cı ildə CPC və ACC müntəzəm olaraq görüşürdü. Şəbəkələrin aktivləşdirilməsi isə nəzəri kontekstdə həmişə eyni olub. Əlaqədar ölkələr SSRİ tərəfindən işğal olunduğu halda, onların qanuni hökumətləri yaxın koordinasiya hərəkəti alaraq özünəxas telekommunikasiya yolu ilə dərhal fəaliyyətə keçməli, Böyük Britaniyada, Şimali Amerikada və ya İrlandiyada Stay-behind şəbəkəsinə sığınmalı idi. Hərbi xidmət dövründə əsasən çağırışçılardan şəbəkə üçün kifayət qədər etimadlı, yetkin hesab olunanlar müəyyən edilməli və seçilməli idi. Həmsədrlərin seçimindən sonra həmin şəxslər təxminən bir həftə davam edən, olduqca müntəzəm olan məşq müddəti üçün çağırılırdı. Nəzəri olaraq, şəbəkələrə üzvlük rəsmi təhlükəsizlik xidmətlərinin funksiyaları ilə, çərçivələnmə xaricində ziddiyyət təşkil edib.

Gizli orduların istifadəsi üçün saxlanmış gizli silah anbarları İtaliya, Avstriya, Almaniya, Hollandiya və digər ölkələrdə ortaya çıxarılıb. Kim tərəfindən?



Bu tipli NATO şəbəkələrindən ən məhşuru 24 oktyabr 1990-ci ildə İtaliya baş naziri Giulio Andreotti tərəfindən ictimaiyyətə açıqlanan “Qladio”dur. Yaranmış böhranla əlaqədar orqanların reaksiyası qismən sürətləndi və bu böyük bir mətbuat kampaniyası yaratdı. Fərziyyələrin məhdudlaşdırılmasına baxmayaraq, şəbəkələrin siyasi fəaliyyətləri cinayət fəaliyyətləri ilə birgə ortaya qoyulurdu. Baş vermiş Qladio skandalının ardından sabiq Britaniya Reyn ordusu baş komandanı general Con Haket (1910-1997) 16 noyabr 1990-cı ildə bildirirdi ki, “Stay-behind və dərinlikdə müqavimət”lə əlaqədar bu ehtiyat planı müharibədən sonra tərtib edilib. Eyni həftə, 1979-cu ildən 1982-ci ilə qədər Şimali Avropada NATO Qüvvələrinin sabiq baş komandanı olan Antoni Farrar-Hokley (1924-2006) Quardiyana açıqlamasında müharibədən sonra Britaniyada gizli ordu şəbəkəsinin qurulmasından bəhs edirdi.

Stay-behind şəbəkəsi haqqında ilk araşdırmalar 1976-cı ildə senator Frank Çörçün başçılığı ilə CİA-nın ABŞ parlament komissiyasına hesabatında qeyd edilib. 1978-ci ildə cəmiyyəti maarifləndirmək üçün daha dəqiq məlumat verildi. `Stay-behind`in keçmiş rəhbəri və CİA-nın sabiq drektoru olan Vilyam Kolbinin tərcümeyi-halı açıqlandı və onun mövcudluğu 1990-cı ildə media tərəfindən ictimaiyyətə çatdırıldı.

Çoxsaylı detallar 1982-ci ildə 4.º. Psixoloji Əməliyyat Qrupu üzrə keçmiş komandir polkovnik Alfred H. Paddok tərəfindən nəşr edildi. Elə həmin il, Xüsusi İstintaq İdarəsinin rəhbəri Con Loftus nasist agentlərinin Stay-behind tərkibində komplektləşdirilməsini ortaya çıxardı. Jurnalist və tarixçi Canni Flamininin apardığı sanballı araşdırma (1981-1984) şəbəkənin İtaliyada apardığı fəaliyyətləri təsvir etdi. Nəticədə, 1988-ci ildə Stay-behind şəbəkələri Amerika Birləşmiş Ştatları Milli Strategiya İnformasiya Mərkəzinin (ABŞ-ın Milli Strateji İnformasiya Mərkəzi) rəsmən təşkil etdiyi simpoziumda təhlil edildi.

Geniş mənbə və sənədlərin olmasına baxmayaraq, məlumatlar bütünlükdə kəsilir və sistemli şəkildə təhrif edilərək verilirdi. Sonradan bu proses ABŞ Dövlət Departamenti sənədlərinin gizliliyinin ortadan qaldırılması ilə müttəfiq ölkələrin demokratik həyatında qlobal qurğuların müdaxiləsinə dair aşkar məlumatların dərci ilə başa çatdırıldı. Əvvəllər Stay-behind daxilində daha çox casus şəbəkəsi fikri geniş yayılmışdı. Lakin yuxarıda göstərildiyi kimi, şəbəkələr komplektləşdirildikdən sonra casusluq sadəcə olaraq, onun funksiyalarından birinə çevrildi. Məlumat zənginliyinə baxmayaraq, Avropa Birliyinin qrumları daxilində heç bir istintaq həyata keçirilməyib və düşünürlər ki, Stay-behind pan-Avropa birliyinin təməl çarxlarına hələ də nəzarət edir.

Doğrudur, şəbəkənin ilkin məqsədi ölkələr daxilində gizli təşkilatlar və qrumlar qurmaq (adətən hərbi və ya hərbləşdirilmiş), bunu dövlətin fəaliyyəti kimi göstərmək və mümkün işğal təhlükəsinə qarşı mübarizə aparmaq idi. Lakin həmişə müqavimət hərəkatında əsas baza kimi xidmət etməli olan bu şəbəkələr, daha sonra yerləşdiyi ölkələr daxilində paralel dövlət qurma və dövləti ələkeçirmə əməliyyatlarına başlayıb.



Bir çox hallarda, Stay-behind şəbəkələri əsas məqsədlərinin xaricinə çıxaraq, yerləşdikləri dövlətlər daxilində terror aktlarına cəlb edilib, təxribatçı hesab etdikləri qüvvələrə qarşı mübarizə aparıblar. Təsadüfi deyil ki, şəbəkələr işğalın qarşısını almaq əvəzinə ölkələr daxilində daxili siyasətdə aktiv iştirak edib – daha doğrusu, açıqca işğalla mübarizə yerinə, ölkələrdə səssiz təxribatlara qarşı mübarizə aparacaqlarını bildiriblər. Bir sıra ölkələrdə Stay-behind şəbəkələri qeyri-leqal qruplar arasına daxil olublar. Məsələn, Əlcəzairin müstəqilliyinə qarşı olan Fransız opponentlərin elə orada formalaşdırdığı Gizli Ordu Təşkilatı daxilinə, ölkəsindəki bir çox Stay-behid şəbəkəsinin üzvünü yeritməsi və s.

1990-cı illərin əvvələrində NATO rəsmiləri və siyasi liderlər tərəfindən casus şəbəkəsinin rəsmi olaraq üç dəfə: 1952, 1973 və nəhayət, 1990-ci ildə “buraxılmasına” baxmayaraq, onlar bu gün öz işlərini davam başqa bir ad altında davam etdirirlər. Yuxarıda göstərildiyi kimi, rəsmi olaraq buraxılan şəbəkələr elə həmin illərdə yenidən, əvvəlkindən fərqli olaraq daha da gücləndirilib. Yəni buraxılma əslində yenidən komplektləşdirmə demək idi.

1990-cı ildən sonra Belçika, Fransa, Yunanıstan, Hollandiya və Almaniya hökumətləri Stay-behind şəbəkələrində iştiraklarını etiraf etdilər. Lakin onlar İtaliyada olduğu kimi, oxşar problemlərinin olmasını təkzib etdilər. Şəbəkələrin dağılması elan edildikdən sonra, 2008-ci ildə bu şəbəkələrlə əlaqədar istintaq deyil, yalnız parlament sorğuları - İsveçrə, İtaliya, Belçika, Hollandiya, Avstriya və Lüksemburq kimi ölkələrdə başladıldı.

Stay-behind şəbəkələri NATO-ya üzv olan on iki ölkədə (Qərbi Almaniya, Belçika, Danimarka, İspaniya, Fransa, Yunanıstan, İtaliya, Portuqaliya, Lüksemburq, Niderland, Portuqaliya, Türkiyə) və dörd neytral ölkədə (Avstriya, Finlandiya, İsveçrə, İsveç) mövcuddur. Şəbəkələr bir neçə yüz şəxslə dünyanın müxtəlif ölkələrində bir sıra qruplar təşkil edir.

Stay-behind şəbəkələri:

* Auxiliary Units (Birləşmiş Krallıq) İkinci dünya müharibəsi zamanı Uinston Çörçil tərəfindən yaradılıb.

* WSA üzərinə hücum (Lüksemburq). Burada Stay-behind beynəlxalq termin olaraq istifadə edilib.

* O&I (Ql) (Hollandiya) Hollandiyada olan bu gizli Stay-behind təşkilatı Avropada yeganə təşkilat idi ki, NATO ilə əlaqədə deyildi.

* Qladio əməliyyatı (İtaliya və digər bir çox ölkədə). Qladio gizli şəbəkənin digər silahlı qrupları ilə paralel fəaliyyət göstərək İtaliyada Sovet ordusuna qarşı mübarizəni təşkil etməklə, mülki və hərbi anti-sovet təşkilatı olub.

* Lochos Oreinon Katadromon və ya LOK (Yunanıstan Montana Briqadası). 1944-cü ildə yaradılıb.

* Sheepskin (Red) əməliyyatı (Yunanıstan)

* OWSGV (Avstrya) sərhəd təhlükəsizliyini artırmaq üçün yaradılıb.

* Plan Bleu, La Rose des Vents və Arc-en-ciel (Fransa)

* ROC (Norveç)

* SDRA8 və STC/Mob (Belçika) Belçikanın gizli hərbi xidməti çərçivəsində hərbi şöbə SDRA8, mülki xüsusi xidmət isə STC/Mob-dur.

* Bund Deutscher Jugend – Technischer Dienst və ya TD BJD (Qərbi Almaniya)

* KgU - Kampfgruppe gegen Unmenschlichkeit e.V. 1948-1959-cu illərdə Şərqi Almaniyaya qarşı fəaliyyət göstərən bu təşkilat Qərbi Almaniyada CİA tərəfindən güclü dəstəklənən gizli Stay-behind təşkilatı olub.

* Xüsusi Hərbi İdarə (Türkiyə) 4 aprel 1952-ci il Türkiyənin NATO-a üzv olmasından qısa bir müddət sonra Contur-Gerrilla gizli kod adı altında fəaliyyət göstərib.

* Nihtilä-Haahti plan (Finlandiya) İkinci dünya müharibəsi çərçivəsində Sovet-Fin müharibəsi zamanı qurulub.

* Projekt-26 (P-26, İsveçrə) İsveçrənin Alt qrup kəşfiyyat və müdafiə xüsusi xidmətindən (Untergruppe Nachrichtendienst und Abwehr UNA).

* Werwolf (Üçüncü Reyx-Almaniya)

* Regional Force Surveillance Units (Avstraliya), Avstraliya Kral Piyada Korpusunda rəsmən Stay-behind tapşırıqları ilə tanınan gizli olmayan birliklər mövcuddur.

* Arla gryning (Alvar Lindencrona) and Informationsbyrån (İB) (İsveç)

* Aginter Press (Portuqaliya)

* GAL (İspaniya)

* Treyser əməliyyatı (Cəbəllütariq)

* Absalon (Danimarka)

Qeyd: Yuqoslaviyada və Cənubi Amerika ölkələrində də bunlara bənzər şəbəkələr fəaliyyət göstərib.

Ümumiyyətlə, SSRİ-nin işğal ehtimalı bəhanə edilərək yenidən qurulan bu gizli təşkilatlardan yarandıqları ölkələrdə siyasi həyatı şəkilləndirmək üçün istifadə edilib. Daniel Qanserin dediyi kimi, ölkələr daxilinə yerləşən və onların müstəqilliyini yarıya endirən, yəni yarı-işğal vəziyyətinə çatdıran bu şəbəkələr, xüsusilə sol siyasətə qarşı mövqe tutaraq silahlı əməliyyatlar aparıb. Hətta hərbi çevrilişlərdə iştirak edərək əsas fiqurları hakimiyyətə gətiriblər. İtaliyanın timsalında olduğu kimi, bəzi ölkələrdə terror mühiti yaradıb, Yunanıstan timsalında olduğu kimi ultrasağ hərbi xunta rəhbərlikləri qurub və ya Türkiyədəki 12 sentyabr 1980-cı ildə olduğu kimi, hərbi çevrilişlər aparıb.


Teqlər:  





Xəbər lenti