İranın vəziyyəti yenidən pisləşir - TƏHLİL

İranın vəziyyəti yenidən pisləşir - TƏHLİL
  29 İyun 2015    Oxunub:4738
İranla "altılıq" arasındakı nüvə danışıqlarının çətinliyi iqtisadi perspektivləri tutqunlaşdırır.Bu danışıqlar ilk nöbvədə ona görə diqqət mərkəzindədir ki, sanksiyaların ləğv olunması İranın neft hasilatının əvvəlki səviyyədə bərpa olunmasına gətirəcək. Bu da OPEK daxilində bəzi çəkişmələrin güclənməsinə səbəb olacaq.

İran neft hasilatını əvvəlki səviyyəyə çatdırmaq istəyirsə, OPEK-lə məsləhətləşməsi və icazə alması lazımdır. Bu isə bir az çətin olacaq, çünki İranın neft hasilatında payı azaldıqdan sonra bu yeri Səudiyyə Ərəbistanı tutmuşdu. Son zamanlarda neftin qiymətinin volatilliyinin artması və 50-60 dollar səviyyəsinə düşməsi İran iqtisadiyyatını yeni bir vəziyyətə gətirib. Ölkə iqtisadi çətinliklər və tənəzzüldən özünə gəlməyə çalışır, infliyasiyanın səviyyəsi 40%-dən 15%-ə qədər azalıb, iqtisadiyyatı bərpa etmək və vəziyyəti yaxşılaşdırmaq cəhdləri çətinliklərlə qarşılaşır. İqtisadiyyatı ayağa qaldırmaq çətindir.

Hesab etmək olar ki, valyutaların və qızılın 3 dəfə artan emosional dinamikası idxaldan asılı olan bir çox sahələri iflasa gətirəcək. Valyuta və qızıl bazarı son 3 ay ərzində güclü dalğalanmalara məruz qalıb. Qızıl bazarında da qiymət yüksəlişilə qarşılaşırıq. Növbəti il, iqtisadi vəziyyət daha mürəkkəb olacaq. Yaxın 1 ildə iqtisadi yüksəliş nəinki artmayacaq, hətta builki tendensiyanı davam etdirəcəyi mümkündür. Qızıl satıcıları sərt və gərgin ildə müflis olmaq təhlükəsilə üzbəüz olacaqlar. Tikinti layihələrinin həyata keçirilməsində İranın ümidi çinlilərə qalacaq.

Son statistik rəqəmlər göstərir ki, infliyasiya 1393-cü ilin sonunda 14.8% olacaq ki, bu da həmin ilin bir aylıq infliyasiya səviyyəsindən 0.4% azdır. Mərkəzi Bank qalxışı 2.5% olaraq qiymətləndirir, amma mənim fikrim bununla üst-üstə düşmür.

Xarici sanksiyaların İranın `5+1` ölkələri ilə razılaşma əldə edəcəyi halda makro və mikro iqtisadiyyata, bank işinə vəsait köçürülmələrinə və Swift əməliyyatlarına təsirinə baxaq. Təbii ki, sanksiyaların aradan qaldırılması iqtisadi və ticarət əlaqələrinə güclü təsir edəcək. Sanksiyalar uzun illər ərzində maliyyə institutlarının, bankların işinə mənfi təsir edərək, onların dünya maliyyə sistemindən izolyasiyasına səbəb olmuşdu.

Mohsen Rəcəbi
İqtisad elmləri üzrə aspirant



Teqlər:  





Xəbər lenti