Qadın güləşçimiz finalda - Canlı Yayım (Yenilənir)

Qadın güləşçimiz finalda - Canlı Yayım (Yenilənir)
  16 İyun 2015    Oxunub:4490
İ.Netreba mübarizəni Avropa Oyunlarının bürünc medalı uğrunda davam etdirəcək
Bu gün I Avropa Oyunlarında qadın güləşçilərin yarışında daha 4 idmançımız mübarizə aparacaq. AzVision.az xəbər verir ki, Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında bu gün Azərbaycanı 55 kq çəki dərəcəsində Anjela Doroqan, 58kq çəki dərəcəsində İrina Netraba, 63 kq çəki dərəcəsində Elmira Qəmbərova, 75 kq çəki dərəcəsində Gözəl Zutova təmsil edəcəklər.

Qeyd edək ki, qadın güləşçilərimiz yarışlarda artıq 2 medal qazanıblar. Ötən günü mübarizəyə qoşulan təmsilçimiz Mariya Stadnik (48kq) qızıl, Nataliya Sinişin (55 kq) isə bürünc medalın sahibi olublar. Yunan-Roma üzrə yarışlarda kişi güləşçilərimiz isə iki dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

***

Qadın güləşçilərinin yarışında mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/8 final mərhələsində İtaliya idmançısı Karola Raynero ilə qarşılaşıb.

AzVision.az xəbər verir ki, qarşılaşmada güləşçimiz rəqibini 8:4 hesabıilə məğlub edib.

Bununlada 58 kq çəki dərəcəsində güləşən İrina Netraba 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Bolqarıstan idmançısı Mimi Hristova olacaq.

**

“Bakı-2015” İik Avropa Oyunlarında qadınlar arası sərbəst güləş yarışları davam edir. AzVision.az xəbər verir ki, 53 kq çəkidə Anjela Doroqan türkiyəli Merve Kengerlə üz-üzə gəlib.

Qarşılaşmada Anjela Doroqan türkiyəli idmançını böyük üstünlüklə - 8:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Onun növbəti mərhələdəki rəqibi Mavarıstan idmançısı Mersedes Denes olacaq.

**

Qadın güləşçilərinin yarışında 75 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Gözəl Zutova 1/8 final mərhələsində Ukrayna idmançısı Oksana Vaşçuk ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 2:4 hesabı ilə məğlub olub.

***
Doroqan finalda

Qadın güləşçilərinin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Budu ilə üz-üzə gəlib.

Rəqibindən bütün parametrlərdə üstün olan A.Doroqan vaxtından əvvəl 7:2 hesabı ilə (tuşe) ilə tam qələbə qazanaraq yarışların finalına çıxaraq qızıl medal uğrunda mübarizə aparmaq hüququ əldə edib.

**

Bakı 2015 birinci Avropa Oyunlarının qadın güləşi yarışlarında Azərbaycanı 58 kq çəki dərəcəsində təmsil edən İrina Netreba yarımfinalda Macarıstan idmançısı Emese Barka ilə qarşılaşıb.

Güləşçimizin bütün səylərinə baxmayaraq, o, 2:5 hesabı ilə məğlub olub. İ.Netreba mübarizəni Avropa Oyunlarının bürünc medalı uğrunda davam etdirəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti